Türkiyədə əməliyyat: Azərbaycanlı qadınlar tutuldu

      Türkiyədə əməliyyat:    Azərbaycanlı qadınlar tutuldu
  19 Noyabr 2019    Oxunub:3630
Türkiyənin Dənizli şəhərində fəaliyyət göstərən əyləncə mərkəzlərində əməliyyat keçirilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 ünvanda aparılan yoxlamalar nəticəsində iş icazəsi olmayan 17 əcnəbi qadın aşkar edilib. Onların Rusiya, Azərbaycan və Gürcüstan vətəndaşları olduğu bildirilir.

Qadınlar polis bölməsində sorğu-sual edilib. Həmin şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar verilib.

Azvision.az


Teqlər: Türkiyə   Polis   Əməliyyat  





Xəbər lenti