Tbilisidə 20-ə yaxın aksiya iştirakçısı saxlanılıb

 Tbilisidə 20-ə yaxın aksiya iştirakçısı saxlanılıb
  18 Noyabr 2019    Oxunub:3902
Gürcüstanda parlament binasının qarşısında keçirilən etiraz aksiyasının dağıdılması zamanı 18 nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin şəxslər polisin qanuni tələblərinə əməl etmədikləri və qanun keşikçilərinə müqavimət göstərdikləri üçün saxlanılıblar.

Qeyd edək ki, xüsusi təyinatlıların aksiyanın qarşısını almasından sonra Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa edilib.

Azvision.az



Teqlər: Gürcüstan   Etiraz  





Xəbər lenti