Gürcüstanda xüsusi təyinatlılar aksiyanı dağıtmağa başladı

Gürcüstanda xüsusi təyinatlılar aksiyanı dağıtmağa başladı
  18 Noyabr 2019    Oxunub:3517
Gürcüstanın xüsusi təyinatlıları ölkə parlamentinin ərazisini etirazçılardan təmizləməyə başlayıb.

Azvision.az “Sputnik-Gürcüstan”a istinadla xəbər verir ki, daha əvvəl ölkənin Daxili İşlər Nazirliyi etirazçılara parlament binasının ətrafını təmizləməklə bağlı 30 dəqiqə vaxt vermişdi.
Mitinq iştirakçıları, o cümlədən Gürcüstan parlamentinin müxalif üzvləri ərazini tərk etməkdən imtina edib və Daxili İşlər Nazirliyinin nümayəndələrinə müqavimət göstəriblər.

Qeyd edək ki, bu gün aksiya iştirakçıları deputatları parlament binasına buraxmayıb. Bundan sonra DİN etirazçılara xəbərdarlıq edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Aksiya   Etiraz  





Xəbər lenti