İspaniya diktatoru Frankonun vəsiyyəti açıqlandı

İspaniya diktatoru Frankonun vəsiyyəti açıqlandı
  18 Noyabr 2019    Oxunub:1633
1939-1975-ci illərdə hakimiyyətdə olan İspaniya diktatoru Fransisko Frankonun vəsiyyəti açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mundo qəzeti məlumat yayıb.

Vəsiyyətdə, Frankonun həyat yoldaşı və qızına 28.5 milyon peseta (Red - təxminən 1.8 milyon avro) həcmində miras qoyduğu bildirilir.

Sənəd 20 fevral 1968-ci ildə - diktatorun ölümündən yeddi il əvvəl hazırlanıb.

Sənəddən məlum olur ki, Frankonun sərvətinin əsas hissəsi daşınmaz əmlak, xüsusən 840 min avro dəyərində qiymətləndirilən məşhur “Paso de Meiras” qalasıdır.

Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti