Dovşan ətini çiy yeyən şəxs vəbaya yoluxub

Dovşan ətini çiy yeyən şəxs vəbaya yoluxub
  18 Noyabr 2019    Oxunub:2152
Çində vəba xəstələyinə yoluxma ilə bağlı üçüncü hadisə qeydə alınıb, onunla təmasda olan 28 nəfər isə Daxili Monqolustan Muxtar Rayonunda yerləşən karantin zonasına aparılıb.
Azvision.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, həmin şəxs dovşan ətini çiy yediyi üçün vəbaya yoluxub.

Bildirilib ki, cari ilin may ayı ərzində iki nəfər marmotun qaraciyərini çiy yediyi üçün vəba xəstəliyinə yoluxmuşdu. Həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Daxili Monqolustan Muxtar Rayonunda bəzi heyvanların çiy əti xalq təbabətində müalicə üsulu kimi geniş istifadə olunur.

Azvision.az


Teqlər: Çin   Vəba  





Xəbər lenti