Makron Koçaryanla bağlı İrəvana məktub göndərib

Makron Koçaryanla bağlı İrəvana məktub göndərib
  18 Noyabr 2019    Oxunub:2193
Fransa Prezidenti Emmanuel Makron Ermənistanın sabiq rəhbəri Robert Koçaryanın vəkili Sevak Torosyanın məktubuna cavab verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransadan gələn vəkil jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, eks-prezident Robert Koçaryanın işi ilə təkcə Ermənistanda deyil, xaricdə də maraqlanırlar.

"Heç kimə sirr deyil ki, bir ildir Fransa rəhbərliyinə və beynəlxalq qurumlara bu barədə hesabat verirəm. Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makrona rəsmi məktub göndərdim. Orada il boyu baş verənləri təsvir etdim. Məktubun nəticələri artıq məni narahat etmir. Çünki bu, diplomatiya məsələsidir. Mən Prezident Makrondan cavab aldım. Məktubda o, Fransanın Koçaryanın işi üzrə məhkəmə prosesini yaxından izlədiyinə bizi əmin etdi”, - deyə Torosyan bildirib.

Vəkil, həmçinin Makronun məktubundan təəccübləndiyini söyləyib, çünki Fransa Prezidenti ona cavab vermək məcburiyyətində deyildi: "Lakin o, bu məktubun ofisinin divarlarında qalmamalı olduğunu bilərək, cavab vermək qərarına gəldi".

Vəkilin sözlərinə görə, xarici səfirliklərin əməkdaşları da hökumətlərinə Koçaryannın işi üzrə məhkəmə prosesi barədə ətraflı məlumat verirlər.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2008-ci il 1 mart etiraz aksiyalarının dağıdılmasında, konstitusiya quruluşunu devirmək cəhdində ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koçaryan  





Xəbər lenti