Klintonun olduğu təyyarə təcili eniş edib

Klintonun olduğu təyyarə təcili eniş edib
  18 Noyabr 2019    Oxunub:1546
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun olduğu təyyarə Nyu-York hava limanında təcili eniş edib.
Azvision.az xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, “American Airlines” şirkətinə məxsus təyyarə Vaşinqtona uçurmuş, lakin texniki nasazlıq səbəbindən hava limanına qayıtmaq məcburiyyətində qalıb. Problem aradan qaldırıldıqdan sonra uçuş bərpa edilib.

Klinton sözçüsü isə hadisəni şərh etməkdən imtina edib.

Qeyd edək ki, Hillari Klinton ABŞ-ın keçmiş senatoru və dövlət katibidir. 2016-cı il prezident seçkilərində demokratların namizədi olub və Donald Trampa uduzub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Klinton   ABŞ   Təyyarə  





Xəbər lenti