ABŞ və Aİ Tbilisidəki etirazçıları dəstəklədi

ABŞ və Aİ Tbilisidəki etirazçıları dəstəklədi
  18 Noyabr 2019    Oxunub:2181
"Gürcüstan hakimiyyətini və müxalifəti böhranı aradan qaldırmaq və inamı bərpa etmək üçün ümumi yollar tapmağa çağırırıq"
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin və ABŞ səfirliyinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, ABŞ və Aİ Gürcüstanda islahatların uğursuz olması səbəbindən əhalinin böyük bir hissəsinin məyusluğundan xəbərdardır:

"Mövcud vəziyyəti nəzərə alaraq, məqbul yol tapmaq üçün hökumət, bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti arasında dialoq yolu ilə etimadın bərpası üçün dərhal işə başlamağı zəruri sayırıq".

Qeyd olunub ki, diplomatik nümayəndəliklər dinc nümayişçilərin hüquqlarını və ifadə azadlığını tam dəstəkləyir.

“Biz bu hüquqdan istifadə edən bütün tərəfləri məsələni qanuni və Konstitusiya çərçivəsində həll etməyə, ölkənin maraqlarına uyğun davranmağa çağırırıq",- deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, ötən gün Tbilisidə müxalifət partiyaları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar hakimiyyətə üç tələb irəli sürüblər. Bunlar erkən parlament seçkiləri, seçkidən əvvəl mövcud hakimiyyətin istefası və iyun mitinqlərində tutulanların hamısının sərbəst buraxılmasıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tbilisi   Etiraz   Aksiya   ABŞ    





Xəbər lenti