"Qarabağ" - "Düdelanj" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Düdelanj" matçının biletləri satışa çıxarılır
  17 Noyabr 2019    Oxunub:2379
“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunda dekabrın 12-si Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.
Azvision.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Qarabağ FK fan-şop (Park Bulvar)

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

ASAN Sumqayıt

İticket.az (onlayn)

Azvision.az



Teqlər: Qarabağ   Bilet  





Xəbər lenti