“Elə oyunlar oldu ki, xalımızı əlimizdən aldılar” - Nikola Yurçeviç

“Elə oyunlar oldu ki, xalımızı əlimizdən aldılar” -    Nikola Yurçeviç
  17 Noyabr 2019    Oxunub:1850
"Qələbə münasibəti ilə Uels millisini təbrik edirəm. Layiqli qələbə qazandılar. Rəqib daha yaxşı oynadı. Yenə də standart vəziyyətdən qol buraxdıq. Uelsin bu cür vəziyyətlərdə ucaboylu futbolçularından istifadə edəcəyini gözləyirdik. Özümüzün də çoxsaylı künc zərbələrimiz oldu. Təəssüf ki, bir oyunda qazandığımız bu qədər künc zərbələrindən istifadə edə bilmədik"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç "Avro-2020"nin seçmə mərhələsində Uels yığmasına 2:0 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Xorvatiyalı baş məşqçi matçla bağlı təəssüratlarını bölüşüb: "Oyun ərzində qol vurmaq üçün cəhdlərimiz oldu, amma son ötürmələrin düzgün, keyfiyyətli olmaması hücumların nəticəsiz başa çatmsı ilə yekunlaşdı. Bir epizod oldu ki, köməkçilərim hakimin penaltimizi vermədiyini düşünür. Əgər həmin penalti verilsəydi, oyunun axarını dəyişə biləcəkdik, ya yox, bunu iddia edə bilmərəm. Fiziki cəhətdən güclü futbolçularımızdan Maksim Medvedevin və Eddi İsrafilovun yoxluğu da hiss olunurdu.

Ümumi götürdükdə, digər komandalarda keyfiyyət, təcrübə bizdən çoxdur. Onların futbolçuları daha yaxşı liqalarda çıxış edirlər. Biz də mübarizə apardıq. Elə oyunlar oldu ki, xalımızı əlimizdən aldılar. Macarıstanla oyunu buna misal çəkə bilərəm. Bəzi matçlarda isə 2-3 həlledici səhvə yol verdik və yekunda yaxşı oyunumuzu xalla tamamlaya bilmədik. Slovakiya ilə qarşılaşmada xal ehtiyatımızı artırmağa çalışacağıq. Bu seçmə mərhələdə komandada çıxış edən gənc futbolçular kifayət qədər təcrübə topladılar və onların növbəti oyunlarda daha yaxşı çıxış edəcəyini düşünürəm".

Azvision.az



Teqlər: NikolaYurçeviç   uels  





Xəbər lenti