Ermənistanda 5 nəfər dəm qazından ölüb

  17 Noyabr 2019    Oxunub : 968
Ermənistanda 5 nəfər dəm qazından ölüb
Ermənistanda 5 nəfər dəm qazından zəhərlənərək ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin rəsmisi Naira Arutunyan bildirib.

Onun sözlərinə görə, hadisə İrəvandan 25 km məsafədə yerləşən Nor-Açin şəhərində baş verib. Belə ki, evlərin birində 77 yaşlı qadın və dörd azyaşlı uşağın meyiti aşkar edilib. Onların dəm qazından zəhərləndiyi bildirilir, faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: İrəvan   Dəm-qazı