İdmançımız Türkiyədə qızıl medal qazanıb

İdmançımız Türkiyədə qızıl medal qazanıb
  16 Noyabr 2019    Oxunub:1851
Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir.
Azvision.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.

Bu gün Boyanka Kostova qüvvəsini sınayıb. O, qadınlarda 59 kq çəki dərəcəsində yarışıb. Təcrübəli atletimiz uğurlu çıxışla yadda qalıb. Kostova toplam 219 kq (95+124) nəticə ilə bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi adını qazanıb.

Azvision.az


Teqlər: Ağırlıqqaldıran   Turnir   Qızılmedal  





Xəbər lenti