“Sarı jiletlilər”ə görə metro stansiyaları bağlandı

 “Sarı jiletlilər”ə görə metro stansiyaları bağlandı
  16 Noyabr 2019    Oxunub:2759
Bu gün səhər saatlarından Parisdə 20-dən çox metro stansiyası və elektrik qatarları “Sarı jiletlilər”in tərəfdarlarının planlaşdırdığı aksiya ilə əlaqədar bağlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" Paris şəhər ictimai nəqliyyat şirkətinə (RATP) istinadən məlumat yayıb.

"16 noyabr şənbə günü polis prefekturasının göstərişi ilə səhər saat 07:00-dan etibarən bəzi metro stansiyaları, keçid məntəqələri ictimaiyyət üçün bağlanıb", - deyə RATP-in açıqlamasında bildirilib.

Xüsusilə, şəhərin əsas prospektindəki stansiyalar, o cümlədən Yelisey ərazisi, Eyfel qülləsi, “Place de la Concorde”, parlament istiqamətinə doğu stansiyalar bağlanıb. Həmçinin, bu, 50-dən çox marşrut üzrə işləyən avtobusların da hərəkət sxeminə təsir göstərib.

Xatırladaq ki, "Sarı jiletlilər”in genişmiqyaslı etirazları 17 noyabr 2018-ci il tarixində Fransada yanacaq vergisinin, qazın qiymətlərini qaldırmamaq tələbi ilə başlayıb, daha sonra bir sıra digər tələblər irəli sürülüb.

Ənənəvi şənbə mitinqləri tez-tez etirazçılar və polis arasında iğtişaşlar və toqquşmalarla müşayiət olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paris   Fransa   Metro   Stansiya  





Xəbər lenti