“Normand dördlüyü”nün görüş vaxtı açıqlandı

“Normand dördlüyü”nün görüş vaxtı açıqlandı
  16 Noyabr 2019    Oxunub:2105
"Normand dördlüyü" formatı çərçivəsində liderlərin görüşünün tarixi açıqlanıb.
Azvision.az Almaniya hökumətinin yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna lideri Vladimir Zelenski, Fransa rəhbəri Emmanuel Makron və Almaniya kansleri Angela Merkel dekabrın 9-da Parisdə görüşəcəklər.

Danışıqların tarixini Yelisey sarayı və Ukrayna prezidentinin ofisi təsdiqləyib. Rəsmi Kiyev bəyan edib ki, bu qərar Zelenski və Makron arasında telefon danışığından sonra verilib.

Ukrayna lideri üçün bu, "Normand formatında" ilk danışıqlar və Putinlə ilk görüş olacaq. Rusiya tərəfi hələlik məlumatı şərh etməyib.

Qeyd edək ki, Ukrayna ilə danışıqlar üzrə "Normand formatı" 2014-cü ilin iyunundan mövcuddur. O vaxtdan bəri tərəflər arasında bir sıra yüksək səviyyəli görüşlər, o cümlədən XİN rəhbərlərinin təmasları, telefon danışıqları keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Rusiya   Fransa   Almaniya  





Xəbər lenti