Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu

Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
  16 Noyabr 2019    Oxunub:5368
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts növbəti dəfə dünyanın ən zəngin adamı olub.
Azvision.az xəbər verir ki, “Bloomberg”in yaydığı siyahıda Bill Qeyts “Amazon” şirkətinin rəhbəri Ceff Bezosu qabaqlayıb.

Agentliyin məlumatına görə, Qeytsə siyahıda lider olmağa “Microsoft”un Pentaqonla 10 milyard dollarlıq müqaviləsi kömək edib. Belə ki, “Microsoft”un səhmlərinin qiymətindəki artım Qeytsin gəlirini 110 milyard dollara qədər artırıb.

Qeyd olunub ki, əvvəllər müqavilənin əsas iddiaçısı 109 milyard dollar sərvəti ilə ikinci yerə düşən “Amazon”un rəhbəri Ceff Bezos idi. İlk üçlüyə aktivləri 103 milyard dollar dəyərində olan “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Benua Arno daxil olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bill-Qeyts   Milyarder  





Xəbər lenti