“Nissan” 450 mindən çox avtomobili geri çağırır

“Nissan” 450 mindən çox avtomobili geri çağırır
  16 Noyabr 2019    Oxunub:1675
“Nissan” şirkəti ABŞ və Yaxın Şərqdəki 454 min avtomobili geri çağırıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb avtomobillərdə aşkar edilən əyləc problemi olub.

Məlumatda bildirilib ki, əyləc mayesinin sızması yanğına səbəb ola bilər. ABŞ və Kanadada 436 min, Yaxın Şərqdən isə 8 min avtomobil geri çağırılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Nissan  





Xəbər lenti