Putin böyük mətbuat konfransına hazırlaşır

Putin böyük mətbuat konfransına hazırlaşır
  15 Noyabr 2019    Oxunub:1614
Rusiya Prezidenti Vladimir Putin bu il də böyük mətbuat konfransı keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Daily Storm"a Kremldən məlumat verilib.

Putinin mətbuat konfransı 2019-cu ilin dekabrın 19-a planlaşdırılır.

Qeyd edək ki, artıq neçə ildir Putin böyük mətbuat konfransı keçirir və çoxsaylı sualları cavablandırır. Ötən ilki belə tədbir 3 saat 46 dəqiqə davam edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Rusiya  





Xəbər lenti