Türkiyə erməni keşişin öldürülməsini pislədi

Türkiyə erməni keşişin öldürülməsini pislədi
  15 Noyabr 2019    Oxunub:1742
Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyada erməni katolik keşişi Ovsep Petoyan və onun atasının öldürülməsini pisləyib.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsinə məlumat verilib.

“Erməni katolik kilsəsinin keşişi Ovsep Petoyanın və atasının terror hücumu nəticəsində öldürülməsi xəbərini dərin üzüntüylə qarşıladıq. Regionda sülhün bərqərar olmasının qarşısını almaq üçün törədilmiş bu terror hücumunu qəti şəkildə pisləyirik", - deyə nazirlik bəyan edib.

Qeyd edək ki, Kamışlıdakı erməni katolik kilsəsinin keşişi Petoyan və atası Abraam Petoyan 11 noyabrda yerli kilsənin bərpasını izləmək üçün Deyr əz-Zor şəhərinə gedərkən hücuma məruz qalıblar. Hücum nəticəsində onların hər ikisi ölüb.

Bəzi məlumatlara görə, terror aktının məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Keşiş   Erməni  





Xəbər lenti