Sabiq səfir Paşinyana qarşı inqilab hazırlayır

  15 Noyabr 2019    Oxunub : 1793
Sabiq səfir Paşinyana qarşı inqilab hazırlayır
Populizm və diktatura daha yaxşı həyat təmin etmir və edə bilməz. Populizm diktaturası ölkənin təhlükəsizliyinə və vətəndaşların rifahına zəmanət vermir.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın Vatikanda və Portuqaliyadakı keçmiş səfiri Mikael Minasyan bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanda hakimiyyətdə olanlar dünən ağızları köpüklənə-köpüklənə irəlidə hər şeyin daha yaxşı, sadəcə gözəl olacağını bildirirdilərsə, bu gün eyni təzyiqlə hər şeyin bir neçə il əvvəlkindən daha pis olmadığını sübut etməyə çalışırlar. Bir müddət sonra isə hər şeyin o qədər də pis olmadığını eyni həvəslə sübut edəcəklər. Kütləvi hipnoz tədricən hakimiyyətin yeganə istiqamətinə çevrilir.

Sabiq səfirin sözlərinə görə, inanılmaz sürətlə yeni bir trend, yeni hərəkat gəlir - "Aykakan Jamank ölkəsinə son”.

"Əgər biz birlikdə yaxınlaşan fəlakətin gerçəkliyini tam dərk ediriksə, özümüzü ölkəmizin və gələcəyimizin sahibi sayırıqsa, “Aykakan Jamanak ölkəsinə son" hərəkatına qoşulmağa hazırıqsa, deməli, nə etdiyimizi bilirik. İnqilabımız başladı! Buna görə nə etməliyik?

Əslində, sağlam düşüncəli bir insanın sülh içində yaşamaq, problemlərini həll etmək, uşaqların tərbiyəsi haqqında düşünmək, hədəflər qoymaq, gələn ay, il və ya gələcək üçün öz işlərini planlaşdırmaq istəyi aydındır. Bu gün ətrafındakı çılğın, dəli insanlar, sağlam olmayan və bitməyən səs-küylə bunu etmək mümkün deyil.

Amma hər şey öz əlinizdədir. Danışın və yeni bir cərəyanın, yeni bir hərəkatın bir hissəsi olun! İş yerində danışın, dostlarınızı ziyarət edərkən və ya söhbət edərkən həyətdə danışın. Bu, inqilaba çağırış deyil. Bu, ölkəni xilas etməyin yoludur. Nə qədər çox olsaq, sabahkı fəlakətin ölçüsü də, o qədər kiçik olar. Buna görə də hərəkət etmək lazımdır. Elə indi, gecikmədən", - deyə sabiq erməni səfir vurğulayıb.

Minasyan əlavə edib ki, proses artıq başlayıb: "Ana dilimiz və tariximiz adına parlaq bir gənclik İrəvanın mərkəzindəki küçələrə çıxdı. Parisdə hadisələrin mahiyyətini yetərincə dərk edən soydaşlarımız etiraz səslərini qaldırırlar. Artıq bir çox başqa proseslər başlayıb. Onlara qoşulun və ya yenilərini yaradın. Yeganə səhv hərəkətsizlikdir”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Paşinyan   İrəvan   İnqilab