Gürcüstan proporsional seçki sisteminə keçə bilmədi

Gürcüstan proporsional seçki sisteminə keçə bilmədi
  14 Noyabr 2019    Oxunub:1660
“Proporsional seçki sistemi ölkənin demokratik inkişafı üçün zəruri addımdır. Ümid edirəm ki, hər bir millət vəkili səs verərkən ölkənin və vətəndaşlarımızın demokratik inkişafı üçün bu məsuliyyəti tam bölüşəcəkdir".
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Qeorgi Qaxaria deyib. O bildirib ki, proporsional seçkilərlə bağlı öz mövqelərində qalırlar və bunun ölkənin demokratik inkişafı üçün zəruri addım olduğunu hesab edirlər.

"Ümid edirəm ki, səsvermədə iştirak edən hər bir millət vəkili ölkəmizin demokratik inkişafı üçün üzərinə düşən məsuliyyəti tam bölüşəcəkdir", - deyə Baş Nazir əlavə edib.

Xatırladaq ki, Gürcüstan parlamenti bu gün proporsional seçki sisteminə keçidlə bağlı qanuna dəyişiklikləri qəbul edə bilməyib. Bu isə parlamentdə gərginliyə səbəb olub. Belə ki, proporsional seçki sisteminə keçidi nəzərdə tutan dəyişiklik üçün 113 səs lazım olduğu halda, 101 deputat lehinə səs verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti