Boliviyada müvəqqəti hökumət formalaşdırılıb

Boliviyada müvəqqəti hökumət formalaşdırılıb
  14 Noyabr 2019    Oxunub:2991
Boliviyanın müvəqqəti prezidenti Janin Anes ölkənin keçid hökumətinin əsasını təşkil edəcək 11 yeni nazir təyin edərək, yeni ümumi seçkilər keçirməyə çağırıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, xanım Anes yeni kabinetin formalaşdırılması ilə bağlı fərman imzalayıb. Onun sözlərinə görə, bu texniki bir kabinetdir, çünki əsas missiya dövlət xidmətlərinin işini dərhal bərpa etməkdir.

Prezident administrasiyasının rəhbəri vəzifəsinə Xeres Xustiniano Atala, hökumət aparatına sağçı senator Arturo Murillo təyin edilib.

Anes əsas hədəfinin ən qısa müddətdə ümumi seçkilərin keçirilməsi olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Boliviya  





Xəbər lenti