ABŞ Senatı “erməni soyqırımı” ilə bağlı qətnaməni blokladı

ABŞ Senatı “erməni soyqırımı” ilə bağlı qətnaməni blokladı
  14 Noyabr 2019    Oxunub:2131
Respublikaçı senator Lindsi Qrem Senatın “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbul edilməsinin əleyhinə olduğunu bəyan edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Qrem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.

"Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Tramp ilə görüşdüm, Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə və Ermənistan birlikdə bu problemi həll edə bilərlər”, -deyə senator bildirib.

Trampın yaxın müttəfiqi hesab olunan Qrem əlavə edib ki, senatorlar tarixi yenidən yazmalı deyil.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: ABŞ   Senat   Soyqırım  





Xəbər lenti