Türkiyədə hərbi hissədə partlayış olub - Yaralılar var

Türkiyədə hərbi hissədə partlayış olub -  Yaralılar var
  14 Noyabr 2019    Oxunub:1687
Türkiyənin Şanlıurfa şəhərində yerləşən hərbi hissədə ardıcıl iki partlayış olub.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə hərbi hissənin silah-sursat anbarında baş verib.
Partlayış nəticəsində 17 nəfər xəsarət alıb. Onlardan biri mülki şəxs, digərləri isə hərbçilərdir. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb olunub. Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır.

Azvision.az



Teqlər: Türkiyə   Partlayış   Hərbi-Hissə  





Xəbər lenti