Boliviya ordusu Janin Anesi dəstəkləyir

Boliviya ordusu Janin Anesi dəstəkləyir
  13 Noyabr 2019    Oxunub:2091
Boliviya Silahlı Qüvvələri Evo Moralesin istefasından sonra prezident vəzifəsini icra edən müxalif senator Janin Anesi müvəqqəti dövlət başçısı kimi tanıyıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordu komandiri Uilyams Kalimanın açıqlamasında deyilir.

"Vəziyyəti nəzərə alaraq, bildirmək istəyirik ki, qanunlara, normalara və hərbi qaydalara əməl edərək, ordu sizin ixtiyarınızdadır", - deyə Kaliman bəyan edib.

Anes prezidentin səlahiyyətlərini müvəqqəti olaraq üzərinə götürdüyünü bildirib. Konstitusiya Məhkəməsi hakimiyyətin ona təhvil verməsinin qanuniliyini təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boliviya   Ordu  





Xəbər lenti