Məşhur narkobaronun xanımı teleulduz olacaq - FOTOLAR

Məşhur narkobaronun xanımı teleulduz olacaq -  FOTOLAR
  13 Noyabr 2019    Oxunub:8032
Məşhur narkobaron El Kaponun gözəllik kraliçası olan həyat yoldaşı Emma Koronel Aispuro televiziya ulduzu olacaq.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən böyük narkotik şəbəkəsinin lideri El Kaponun xanımı “VH1” telekanalında yayımlanacaq “Cartel Crew” (Kartel dəstəsi) adlı proqramda aparıcılıq edəcək. Verilişdə narkotik dünyası ilə əlaqəsi olan, lakin adlarını təmizləməyə çalışan 8 qadının hekayəsi təqdim olunacaq.



Emma 2006-ci ildə güzəllik yarışmasında birinci olub və həmin il ailə həyatı qurub. O, tez-tez sosial mediada lüks həyatını əks etdirən paylaşımlar edir.

Onun həyat yoldaşı, 2016-ci ilin yanvar ayında saxlanılaraq ABŞ-a təhvil verilən El Kapo ömürlük həbs cəzasına məhkum edilib. Ona qarşı 10 maddə üzrə ittiham irəli sürülüb.



Qeyd edək ki, El Kapo 2001 və 2015-ci illərdə Meksikada iki həbsxanadan gizli yolla qaçıb. O, narkotikdən əldə etdiyi gəlir sayəsində “Forbes”in milyarderlər siyahısına düşüb.











Aytən Zəhra
Azvision.az


Teqlər: Narkobaron   El-Kapo   TV  





Xəbər lenti