Boliviyanın müdafiə naziri istefa verib

Boliviyanın müdafiə naziri istefa verib
  12 Noyabr 2019    Oxunub:1617
Boliviyanın müdafiə naziri Xavyer Savaleta vəzifəsindən istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Həmvətənlərim, bu gün müdafiə naziri olaraq istefa verirəm”, - deyə Savaleta bildirib.

O, əlavə edib ki, Silahlı Qüvvələrin baş komandanı olaraq heç vaxt əsgərlərə və dənizçilərə xalqa silah qaldırmaq əmri verməyib və heç vaxt da bu prinsipindən geriyə çəkilməyib.

"Əgər indi hərbçilər xalqa qarşı silah tətbiq edərsə, bunun məsuliyyəti bu qərarı verənlərin üzərinə düşəcək", - Savaleta vurğulayıb.

Daha əvvəl Boliviya Silahlı Qüvvələrinin komandanı Uilyams Kaliman bildirmişdi ki, polisin tələbi ilə hərbi qüvvələr küçələrdə asayişin qorunmasına qoşulublar.

Savaleta eyni zamanda, prezidentliyə namizəd Karlos Mesanı və Moralesin yenidən prezident seçilməsinə qarşı etirazlara rəhbərlik edən Luis Fernando Kamaçonu qarşıdurmanın kəskinləşməsinə yol verməməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində Evo Morales birinci turda qalib gəlib. Onun əsas rəqibi, keçmiş prezident Karlos Mesa rəqibinin qələbəsini tanımadığını bəyan edib. Seçkilərin nəticələri açıqlandıqdan sonra ölkədə etirazlar və tətillər başlayıb. Noyabrın 10-da Morales istefa verib və Meksikadan siyasi sığınacaq alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boliviya   Müdafiə-Naziri   İstefa  





Xəbər lenti