Ərdoğandan ABŞ səfəri öncəsi Tramp və Putinə mesaj

 Ərdoğandan ABŞ səfəri öncəsi Tramp və Putinə mesaj
  12 Noyabr 2019    Oxunub:2045
Terrorçuların geri çəkildiyini söyləmək mümkün deyil. Dünən Qamışlıda mülki insanlara qarşı terror həyata keçirilib. Münbicdə və digər ərazilərdə də terrorçular qalıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən əvvəl keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, nə Rusiya, nə də ABŞ terrorçuları verilən vaxt ərzində çıxara bilib.

"Bunları ABŞ Prezidenti Donald Trampla müzakirə edəcəyik, səfərin ardınca Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olacaq".

Ərdoğan vurğulayıb ki, Trampla Suriya məsələsi, təhlükəsiz bölgə, Türkiyədə qırmızı bülletenlə axtarışda olan terrorçular siyahısındakı PKK/PYD/YPG/ terror təşkilatının rəhbər şəxslərindən biri, "Məzlum Kobani" kod adlı Fərhad Abdi Şahinlə bağlı məsələlər ətrafında müzakirə aparılacaq.

Əsas diqqətdə olacaq məsələlərdən biri də FETÖ terror təşkilatı ilə əlaqədardır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti