Nazarbayev Putinlə Zelenskini görüşdürmək istəyir

  12 Noyabr 2019    Oxunub : 1285
Nazarbayev Putinlə Zelenskini görüşdürmək istəyir
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev beşinci illik “Astana Klubu” siyasi forumu çərçivəsində Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında görüş təşkil etmək təklifini irəli sürüb.

Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Tengrinews” agentliyi məlumat yayıb. Bildirilib ki, Zelenski görüşə razılıq verib.
"Mən artıq Zelenskinin razılığını almışam. Bu barədə Rusiya Prezidentinə də məlumat verdim. İndi gözləyək. Neytral platforma lazımdırsa, mən Qazaxıstanı təklif etdim", - Nazarbayev deyib.

O, əlavə edib ki, vəziyyətin nizamlanması üçün Rusiya və Ukrayna prezidentləri arasında ayrıca görüşə ehtiyac var.

Qeyd edək ki, noyabrın 11-də Vladimir Putin və Nursultan Nazarbayev arasında telefon danışığı olub. Tərəflər bir sıra beynəlxalq məsələləri, o cümlədən Ukrayna tənzimləməsini müzakirə ediblər.

Oktyabrın sonunda isə Nazarbayev Tokioda Zelenski ilə görüşüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Nazarbayev   Putin   Zelenski