Paşinyan Makronu "yaxşı dost" hesab edir

Paşinyan Makronu "yaxşı dost" hesab edir
  12 Noyabr 2019    Oxunub:1551
Ermənistanın baş naziri Nikol Paşinyan Fransada səfərdədir.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan II Paris Sülh Forumunda və YUNESKO Baş konfransının 40-cı sessiyasında iştirak etmək üçün Parisə gedib.

O, "Facebook" səhifəsində Fransa prezidenti Emmanuel Makron və Frankofoniya Beynəlxalq Təşkilatının baş katibi Luis Muşikivabo ilə birlikdə çəkdiyi selfini “yaxşı dostlarla” başlığı ilə paylaşıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Paşinyan   Makron   Fransa  





Xəbər lenti