"Bülbül" siklonu 23 nəfərin ölümünə səbəb olub

"Bülbül" siklonu 23 nəfərin ölümünə səbəb olub
  11 Noyabr 2019    Oxunub:1576
Hindistan yarımadasının şimal-şərq sahilində "Bülbül" siklonu ən azı 10 nəfərin ölümünə səbəb olub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 60 minə yaxın ev yararsız vəziyyətə düşüb və ya tamami ilə dağılıb.

Bütün kəndlərin su altında qaldığı, hava limanlarının və dəmir yolu nəqliyyatının işində çətinliklərin olduğu bildirilir. 500-ə yaxın insan müvəqqəti düşərgələrə təxliyə edilib.

Banqladeştə isə "Bülbül" siklonunun qurbanları 13 nəfərə çatıb. Son bir neçə gündə ümumilikdə 6 minə yaxın evə ziyan dəyib. 2,1 milyondan çox benqallı təxliyə olunub.

Azvision.az


Teqlər:





Xəbər lenti