Şahmatçılarımız Belçika və İsrail komandalarına qarşı

Şahmatçılarımız Belçika və İsrail komandalarına qarşı
  10 Noyabr 2019    Oxunub:1482
Noyabrın 10-da Monteneqroda start götürən klublararası Avropa kuboku turnirində Azərbaycanı “Vüqar Həşimov” və “Odlar Yurdu” komandaları təmsil edir.
Azvision.az xəbər verir ki, 66 kişi komandasının mübarizə apardığı turnirdə “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa yer alıblar.

Qadınlar arasında yarışa 14 komanda qatılıb. “Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar. İlk turda “Vüqar Həşimov” klubu Belçikanın “Fonteine”, “Odlar Yurdu” komandası isə İsrailin “Rishon Lezion” komandaları ilə mübarizə aparırlar.

Qeyd edək ki, noyabrın 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.

Azvision.az



Teqlər: Şahmat   Yarış   Turnir  





Xəbər lenti