Özbəkistanda ağır qəza: 38 nəfər yaralanıb

Özbəkistanda ağır qəza:    38 nəfər yaralanıb
  09 Noyabr 2019    Oxunub:1899
Özbəkistanın Daşkənd vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Akkurqan-Yanqiyul magistralında qeydə alınıb.

Belə ki, iki avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 38 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti