Samboçumuz bürünc medal qazanıb

  08 Noyabr 2019    Oxunub : 968
Samboçumuz bürünc medal qazanıb
Koreya Respublikasının Çeongju şəhərində Azərbaycan idmançılarının da qatıldıqları sambo üzrə dünya çempionatı start götürüb.
Azvision.az xəbər verir ki, turnirdə 5 samboçumuz - Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Emil Həsənov (68 kq) və Nizami Məmmədov (100 kq) çıxış edir.

Yarışın ilk günündə samboçumuz E.Həsənov üçüncü yeri tutub.

Qeyd edək ki, dünya çempionatı noyabrın 10-dək davam edəcək.

Azvision.az

Teqlər: Sambo   çempion