Lavrov İrəvanda Qarabağı müzakirə edəcək

Lavrov İrəvanda Qarabağı müzakirə edəcək
  08 Noyabr 2019    Oxunub:1832
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10 və 11-də Ermənistana rəsmi səfər edəcək.

Azvision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, iki günlük səfər zamanı Lavrov Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Armen Sarkisyan və həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək.

Zaxarovanın sözlərinə görə, Lavrovun Ermənistan tərəfi ilə görüşləri zamanı ikitərəfli əməkdaşlığın geniş spektri, o cümlədən KTMT, Avrasiya İqtisadi İttifaqı və regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Rusiya  





Xəbər lenti