Hulusi Akar: "Terrorçular hələ də geri çəkilməyib"

  Hulusi Akar:  "Terrorçular hələ də geri çəkilməyib"
  08 Noyabr 2019    Oxunub:2195
“Barış pınarı" əməliyyatı ilə bağlı “Türkiyə Suriya torpaqlarını işğal edir” iddialarının həqiqətə uyğun olmadığı ölkəmizin yüksək vəzifəli şəxsləri tərəfindən tez-tez dilə gətirilir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Naziri Hulusi Akar CNN International kanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyə Suriya və digər qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşır:

“Biz "Sülh pınarı" əməliyyatını həyata keçirərkən hər hansı bir işğal, müdaxilə və ya başqa bir şey etmirik. Burada ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk”

YPG/PKK terror təşkilatının geri çəkilməli olduğu ərazilərdə hələ də qaldığını xatırladan H.Akar deyib: “Həm Rusiya, həm də ABŞ YPG/ PKK-nın bu ərazilərdən çıxarılacağını vəd edib. Yəni onlar həm əməliyyatın keçirildiyi bölgədən, həm də həmin bölgənin şərqindən və qərbindən çıxarılmalı idi. Ancaq hələ də YPG terrorçuları tərəfindən yol verilən çox sayda pozuntu halları var və biz onlara qarşı mübarizə aparırıq. Eyni zamanda Rusiya və ABŞ ilə əməkdaşlıq edərək YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik.”

Azvision.az


Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti