İŞİD-i maliyyələşdirən iki qadın tutuldu - VİDEO

İŞİD-i maliyyələşdirən iki qadın tutuldu -  VİDEO
  08 Noyabr 2019    Oxunub:2241
Dağıstanda Suriyadakı yaraqlılar üçün azı 10 milyon rubl toplayan İŞİD terror təşkilatının tərəfdarları tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, saxlanılanlar 24 və 33 yaşlı iki qadındır. Onlara terrorizmin maliyyələşdirilməsinin təşkili maddəsi ilə ittiham elan edilib.

İstintaq müəyyənləşdirib ki, şübhəlilər ötən il 2015-ci ildə Suriyaya döyüşmək üçün gedən təşkilatın tərəfdarı ilə tanış olublar. Qadınlar silahlıların fəaliyyətini maliyyələşdirmək üçün vəsait toplamağa razılaşıblar. Həmin şəxsə bank kartlarını təqdim ediblər, sonra ora köçürmələr olub.

Ümumilikdə, kartlara 10 milyon rubl məbləğində vəsait köçürülüb.

İstintaq Komitəsi qadınların saxlanılmasının videosunu yayıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Dağıstan   İŞİD  





Xəbər lenti