Rusiya "Notr Dam"ın bərpasında iştirak edəcək

Rusiya "Notr Dam"ın bərpasında iştirak edəcək
  08 Noyabr 2019    Oxunub:3160
Fransa bu ilin aprel ayında böyük yanğının baş verdiyi Notr-Dam kilsəsinin bərpasında iştirak etmək üçün Rusiyaya rəsmi dəvət göndərmək niyyətini təsdiqləyib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

Bildirilib ki, Moskva ilə Paris arasında danışıqlar il boyu davam edib və köməyi Rusiya tərəfinin özü təklif edib. Şvıdkoyun sözlərinə görə, Fransanın bu qərarı Rusiya elminə verilən qiymətdir.

Xatırladaq ki, “Notr Dam” kilsəsində yanğın bu ilin 15 aprel tarixində baş verib.

"Notr Dam" kilsəsi Fransa paytaxtının başlıca simvoludur. Bu kilsəni il ərzində 20 milyondan çox insan ziyarət edir. 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Notr-Dam  





Xəbər lenti