Yurçeviç millimizə 24 futbolçu çağırdı

  08 Noyabr 2019    Oxunub : 651
Yurçeviç millimizə 24 futbolçu çağırdı
Futbol üzrə milli komandamızın heyəti açıqlanıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 24 futbolçuya dəvət göndərib. "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli ilk dəfə yığmaya dəvət alıb.

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Mehdi Cənnətov ("Sumqayıt")

Müdafiəçilər: Abbas Hüseynov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Şəhriyar Əliyev ("Sumqayıt"), Anton Krivotsyuk ("Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov (“Erzgebirge” , Almaniya), Cavid Hüseynov ("Zirə"), Eddi İsrafilov ("Albasete", İspaniya)

Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Vüsal İsgəndərli ("Keşlə").

Qeyd edək ki, yığmamız Avro-2020-nin seçmə mərhələsində noyabrın 16-da Uelsi qəbul edəcək, 19-da isə Slovakiyanın qonağı olacaq. Komandamız bu oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Azvision.az

Teqlər: AFFA   Milli