Qarabağda erməni hərbçi həbs olunub - İntihar faktı

 Qarabağda erməni hərbçi həbs olunub -  İntihar faktı
  07 Noyabr 2019    Oxunub:1320
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun 19 yaşlı hərbi qulluqçusu Erik Arutyunyanın ölümü ilə əlaqədar bir nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs sıravi əsgər K.A-dır.

Qeyd edək ki, noyabrın 4-də, saat 19:30 radələrində Qarabağdakı erməni hərbi hissəsində əsgər Erik Arutyunyan çənə nahiyəsindən güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi başlayıb.

İlkin istintaq davam edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Erməni   Əsgər   Ölüm  





Xəbər lenti