Bir ildə 11 mindən çox erməni “yoxa çıxıb”

 Bir ildə 11 mindən çox erməni “yoxa çıxıb”
  07 Noyabr 2019    Oxunub:2188
Son bir ildə Ermənistanın daimi əhalisi 11 min 700 nəfər azalıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, cari ilin 1 oktyabr tarixinə Ermənistanın daimi əhalisi 2 milyon 957 min 500 nəfər olduğu halda, 2018-ci ilin eyni dövründə bu rəqəm 2 milyon 969 min 200 nəfər olub.
Bölgələrdə vəziyyət daha acınacaqlıdır. Belə ki, yalnız Lori bölgəsində son bir ildə əhali 2300 nəfər azalıb. Yeri gəlmişkən, Alaverdi şəhərində yerləşən misəritmə zavodu uzun müddət işləməyib və müəssisənin bağlanmasından sonra 650 nəfər işsiz qalıb. Şirak bölgəsində mənzərə daha da pisdir. Burada əhali 3300 nəfər azalıb.

Demoqrafik problemi həll etmək üçün hökumətin hansı addımlar atmasına gəlincə, baş nazir Nikol Paşinyanın sözçüsü Vladimir Karapetyan deyib: "Yazılı formada müraciət edin, hökumətin bu problemin həlli istiqamətində nə etdiyinə cavab verəcəyəm".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Əhali  





Xəbər lenti