Məhkəmə Koçaryanı həbsdə saxladı

  07 Noyabr 2019    Oxunub : 620
Məhkəmə Koçaryanı həbsdə saxladı
İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistanın üçüncü prezidenti Robert Koçaryanın həbsdə qalmasına qərar verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin Koçaryana qarşı həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi tələbini rədd edib. Qərarı hakim Anna Danibekyan oxuyub.

Keçmiş prezident 1 mart 2008-ci ildə İrəvanda etirazları dağıtmaqda, konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Koçaryan   Məhkəmə   Qərar