Tramp demokratları totalitarizmdə ittiham etdi

 Tramp demokratları totalitarizmdə ittiham etdi
  07 Noyabr 2019    Oxunub:1404
2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının nümayəndəsinin qalib gələcəyi təqdirdə, ölkə iqtisadi depressiya ilə üzləşəcək.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Amerika liderinin sözlərinə görə, demokratlar narazıları sıxışdırır, günahsız insanlara böhtan atır və qanun normalarını məhv edirlər.

"Amerikanı transformasiya etmək istəyən demokratlar getdikcə daha çox totalitar olmağa başlayıblar. Demokratlar amerikalılara "sosialist gündəmi" tətbiq etməyə çalışırlar”, - deyə ABŞ lideri bildirib.

Onun sözlərinə görə, əgər demokratlar geri qayıtsalar, onda heç kimin heç vaxt görmədyi depressiya yaşanılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti