Bağdadinin ailə üzvləri sorğu-sual edilir

 Bağdadinin ailə üzvləri sorğu-sual edilir
  07 Noyabr 2019    Oxunub:1520
İŞİD-in məhv edilmiş lideri Əbu Bəkr əl-Bağdadinin ailə üzvləri geri göndərmə mərkəzlərinə aparılıb. Daha sonra Ədliyyə Nazirliyi onlarla bağlı qərar verəcək.
Azvision.az xəbər verir ki, bunu Macarıstana səfərindən əvvəl jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Bağdadinin bir həyat yoldaş il yarımıdr Türkiyədə saxlanılır:

“İndi onun digər yaxınları da əlimizdədir. Hər şey tam dəqiqləşdikdən sonra, bu barədə ətraflı məlumat verəcəyik. Bağdadinin həyat yoldaşının yanında DNT ilə sübut edilmiş uşağının da olması bizim üçün önəmli həssaslıq kəsb edir”, - deyə Türkiyə Prezidenti əlavə edib.

Ərdoğanın sözlərinə görə, hazırda sorğu mərhələsi davam edir, tam dəqiqləşmə aparılacaq ki, yanlışlığa yol verilməsin.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Bağdadi   İŞİD  





Xəbər lenti