“90 dəqiqə ancaq hücumda ola bilmərik” - Qurban Qurbanov

“90 dəqiqə ancaq hücumda ola bilmərik” -    Qurban Qurbanov
  07 Noyabr 2019    Oxunub:2554
“Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik”
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində sabah Kirpin APOEL klubuna qarşı keçirəcəkləri səfər oyunu ilə bağlı mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, Ağdam klubunun hücumları müdafiədən və əks-hücumlar üzərində ola bilər:

"Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.

Azvision.az



Teqlər: QurbanQurbanov  





Xəbər lenti