“Sumqayıt”ın 4 futbolçusu milliyə çağırıldı

“Sumqayıt”ın 4 futbolçusu milliyə çağırıldı
  06 Noyabr 2019    Oxunub:1730
Avropa çempionatının seçmə mərhələsi başlayıb. Bu oyunlarda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, klubun 4 futbolçusu - Nicat Mehbalıyev, Səbuhi Abdullazadə, Süleyman Əhmədov və Elvin Cəfərquliyev U-21 millinin heyətinə dəvət alıb.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində U-21 millimiz noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteynin, noyabrın 19-da isə “Dalğa Arena”da yoldaşlıq oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Azvision.az



Teqlər: Sumqayıt   Futbolçu  





Xəbər lenti