Ermənistanın "super nazirliklər"ində əsl xaos hökm sürür

Ermənistanın "super nazirliklər"ində əsl xaos hökm sürür
  06 Noyabr 2019    Oxunub:1890
Ermənistan hökumətinin tərkibində struktur dəyişikliklərindən və bir sıra nazirliklərin birləşməsindən, sözdə "super nazirliklərin" yaradılmasından sonra tam xaos hökm sürür.
Azvision.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb. Nəşrin məlumatına görə, müvafiq sahələrə cavabdeh olan şəxslər və nazirliklərin işçiləri ayrı-ayrı şöbələrin funksiyalarının mahiyyətini başa düşə bilmir, bununla da qarışıqlıq baş alıb gedir.

“Əvvəla, dar "spesifikliyi" olan sahələrə çevrilən nazirliklərə rəhbərlik edən şəxslərin oradakı problemlər və onların həlli yolları barədə təsəvvürləri belə yoxdur. Bundan əlavə, müvafiq sahəyə cavabdeh olan şəxslər məsələləri həll edə və vəziyyəti nazirə ətraflı izah edə bilmirlər", - deyə nəşr yazıb.

“Super nazirliklər”dən birinin əməkdaşı bildirib ki, müxtəlif sahələrin birləşməsi sırf rəsmi xarakter daşıyır, çünki əslində nazirliklər ayrıca idarə olunmaqda davam edir və bu da öz növbəsində absurd vəziyyət yaradır. Çünki nazirinin müavini bir, nazir isə tamamilə onun əksinə olanı deyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənisan  





Xəbər lenti