Tramp administrasiyası “erməni soyqırımı”na qarşı

Tramp administrasiyası “erməni soyqırımı”na qarşı
  06 Noyabr 2019    Oxunub:2584
"Donald Tramp administrasiyası Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə, həmçinin Nümayəndələr Palatası tərəfindən keçən həftə qəbul olunmuş qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməyə qarşıdır".
Azvision.az xəbər verir ki, bu barədə Bloomberg ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası bu iki təşəbbüsün NATO-nun əsas müttəfiqi ilə münasibətləri daha da gərginləşdirə biləcəyindən ehtiyatlanır.

“ABŞ Prezidenti Administrasiyası Türkiyənin Suriyadakı hərbi kampaniyasına cavab olaraq keçən həftə Nümayəndələr Palatasının təsdiq etdiyi sanksiyaların bir çox məsələlərdə ABŞ-ın əllərini bağlayacağından narahatdır", - deyə Departament rəsmisi bildirib.

Prezident Donald Trampın qanun layihəsinə veto qoyacağına dair hər hansı açıqlama verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   ABŞ  





Xəbər lenti