Ermənistanda Koçaryanla bağlı petisiya başladıldı

Ermənistanda Koçaryanla bağlı petisiya başladıldı
  06 Noyabr 2019    Oxunub:1699
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarları onun həbsdən azad olunması tələbi ilə elektron səsvermə təşkil ediblər.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, artıq ölkənin bir sıra siyasi, sosial, mədəni və idman xadimləri, həmçinin erməni diasporunun bəzi nümayəndələri Koçaryana dəstəklərini ifadə ediblər.

"Elektron səsvermə Koçaryana qarşı siyasi təqiblərə son qoyulmasını və onun dərhal həbsdən azad olunmasını tələb edir”, - deyə məlumatda vurğulanıb.

Petisiyanı dəstəkləyənlər Ermənistan hakimiyyətini konstitusiyaya zidd siyasi təqibləri və məhkəmələrə təzyiqləri dayandırmağa çağırıblar. Həmçinin, Konstitusiya Məhkəməsinin qərarına əməl etməyə və Koçaryanla bağlı qətimkan tədbirini dəyişdirməyi tələb ediblər.

Xatırladaq ki, Koçaryan 1 mart 2008-ci ildə İrəvanda etirazları dağıtmaqda, konstitusiya quruluşunu devirməyə cəhdə ittiham olunur. Ermənistanın eks-prezidenti 2018-ci ildə iki dəfə həbs edilib. Bu ilin 25 iyun tarixində üçüncü dəfə həbs olunub. Oktyabrın 15-də iş üzrə növbəti məhkəmə iclası keçirilməli idi, lakin Koçaryan əməliyyat olunduğuna görə iclas təxirə salınıb.

Dünən Koçaryanın cinayət işi üzrə məhkəmə prosesi davam edib, qərar isə noyabrın 7-də veriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koçaryan   Ermənistan  





Xəbər lenti