Tacikistanda sərhəd postuna hücum edilib - 15 ölü

Tacikistanda sərhəd postuna hücum edilib -  15 ölü
  06 Noyabr 2019    Oxunub:1772
Gecə saatlarında silahlı qrup Tacikistan-Özbəkistan sərhədindəki posta hücum edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 20 nəfərdən ibarət maskalı şəxslər Düşənbə şəhərindən 60 kilometr qərbdə, 4 nömrəli “İşkobod” postuna silahlı basqın ediblər. Hücum zamanı naməlum şəxslər beş avtomat ələ keçiriblər.

"Güc strukturlarının əməliyyatı nəticəsində mühasirəyə alınmış silahlı cinayətkar qrupun 15 üzvü məhv edilib, 5-i isə tutulub”, - deyə məlumatda bildirilib.

Atışma zamanı bir sərhəd keşikçisi və bir polis həlak olub. Hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb, araşdırmalar davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tacikistan   Özbəkistan  





Xəbər lenti