“Qarabağ” Kiprə yollandı - FOTO

  05 Noyabr 2019    Oxunub : 758
“Qarabağ” Kiprə yollandı - FOTO
“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə keçirəcəyi oyun üçün Kiprin Larnaka şəhərinə yola düşüb.
Azvision.az xəbər verir ki, komanda səfərə çarter reysi ilə gedib. Təyyarənin bütün oturacaqlarının üzərinə "Qarabağ"ın loqosunun yapışdırılması diqqət çəkib.



Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Azvision.az

Teqlər: Qarabağ   APOEL